Komitə sədri: "Azərbaycanda geniş sosialiqtisadi xarakterli islahatlarla yanaşı, kadr islahatları da həyata keçirilir"


Digərləri 23 Okt 2019 12:00:00 287 0

Komitə sədri: "Azərbaycanda geniş sosialiqtisadi xarakterli islahatlarla yanaşı, kadr islahatları da həyata keçirilir"

Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla bərabər kadr islahatları da həyata keçirilir. Bu islahatlar zamanı çatmış olan məsələlərin həll edilməsidir.

Son.az Trend -ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu yaxınlarda keçirilən iqtisadi müşavirədə bildirdi ki, bu islahatlar daha da dərinləşdiriləcək, daha gənc kadrların dövlət idarəçiliyinə gətirilməsi istiqamətində addımlar atılacaq:

"Bununla əlaqədar olaraq, hazırda vəzifədə olan, Azərbaycan qarşısında, dövlət quruculuğunda, sosial-iqtisadi sahədə xidmətləri olan və müəyyən yaş həddinə çatmış bəzi şəxslər özləri vəzifələrindən azad edilməsi üçün Prezidentə müraciət edirlər, Prezident də onların istefalarını qəbul edir".

Dövlət idarəçiliyində islahatların davamlı olacağını söyləyən M.Qurbanlı bütün dünya ölkələrində dövlət idarəçiliyində islahatların həyata keçirildiyini söyləyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan da müstəqil dövlətdir və bu sahədə islahatlarını davam etdirir.