Nazir müavini: "Azərbaycan taxıl logistikasının təhlükəsizliyini təmin etmək qabiliyyətindədir"


Digərləri 23 Okt 2019 12:06:45 302 0

Nazir müavini: "Azərbaycan taxıl logistikasının təhlükəsizliyini təmin etmək qabiliyyətindədir"

Azərbaycan ölkədən keçən marşrutlar vasitəsilə taxıl logistikasının təhlükəsizliyini təmin etmək qabiliyyətindədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.

Nazir müavini vurğulayıb ki, taxıl bazarı dünya iqtisadiyyatının strateji vacib sektorudur və Azərbaycan hökuməti taxıl istehsalı prosesinin təkmilləşdirilməsi, infrastrukturun optimallaşdırılması, aqrar sənayenin dəstəklənməsi, fermerlərin subsidiyalarla təmin olunması üçün daim səy göstərir.

R.Məmmədov Sahibkarlığın İnkişafı Fondunun işini qeyd edərək deyib ki, aqrar sektora 70 milyon dollardan çox güzəşt təqdim olunub, eləcə də ölkədə aqroparklar və taxılın saxlanması üçün elevatorlar yaradılır.