Eynək satan kişi sevdiyi qadını öldürdü


Digərləri 23 Okt 2019 12:14:00 272 0

Eynək satan kişi sevdiyi qadını öldürdü

Sumqayıtda qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu il mayın 3-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, Mərkəzi bazar ərazisindəki eynək satılan dükanların birində Seymur Abdullayev qeyri-rəsmi yaşadığı Gülnar Əmənova ilə şəxsi münasibətlər zəminində mübahisə edib. O, Gülnar Əmənovaya bıçaqla çoxsaylı zərbələr endirib.

Gülnar Əmənova xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da, hadisədən 11 gün sonra dünyasını dəyişib.