Gələn ildən heyvan ətinin satışı ƏDV-dən azad edilir


Digərləri 23 Okt 2019 12:20:00 210 0

Gələn ildən heyvan ətinin satışı ƏDV-dən azad edilir

2020-ci ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Bakı. Elçin Mehdiyev - 2020-ci ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Trend-in məlumatına görə, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.