Kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat 10 illik vergidən azad edilir


Digərləri 23 Okt 2019 12:22:00 250 0

Kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat 10 illik vergidən azad edilir

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunur.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunur. Trend-in məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur.