Komitə sədri: Azərbaycanda digər dini icmaların sərbəst fəaliyyət göstərməsi dini məsələlərə tolerant münasibətimizin nəticəsidir


Digərləri 23 Okt 2019 12:09:00 241 0

Komitə sədri: Azərbaycanda digər dini icmaların sərbəst fəaliyyət göstərməsi dini məsələlərə tolerant münasibətimizin nəticəsidir

Azərbaycanda digər dinlərə aid icmaların qeydiyyata alınması, onların ölkəmizdə sərbəst formada fəaliyyət göstərməsi ölkəmizin dini məsələlərə tolerant münasibət göstərməsinin nəticəsidir

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda digər dinlərə aid icmaların qeydiyyata alınması, onların ölkəmizdə sərbəst formada fəaliyyət göstərməsi ölkəmizin dini məsələlərə tolerant münasibət göstərməsinin nəticəsidir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib. Onlardan 907-i islam, 35-i qeyri-islam dini icmalarıdır: "Prezident İlham Əliyevin sərəncamı ilə hər il dini konfessiyalara maddi dəstək ayrılır. Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə müsəlman dini icmalarına yardımlar göstərilir. Məscidlərdə çalışan din xadimlərinə də maddi yardım göstərilir". (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, ölkə ərazisində ümumilikdə 2250 məscid var ki, onların da 136-sı Bakıda yerləşir. Bundan əlavə, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin