Kafedə avtomatla 2 nəfəri güllələyən şəxsdən


Digərləri 23 Okt 2019 11:05:00 235 0

Kafedə avtomatla 2 nəfəri güllələyən şəxsdən

Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmişlə təqsirləndirilən şəxs apelyasiya şikayəti  verib. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib. 

Hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadının anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası noyabrın 5-nə təyin edilib. 

Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən 2018-ci ilin avqustun 9-da naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər"lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.