Konfransda qalmaqal: Afaq Bəşirqızı zalı tərk etdi "Hacıbala Abutalıbovdan nümunə götürsünlər"


Kriminal 23 Okt 2019 10:06:00 490 0

Konfransda qalmaqal: Afaq Bəşirqızı zalı tərk etdi  "Hacıbala Abutalıbovdan nümunə götürsünlər"

Teatrlar Xadimləri İttifaqının növbəti XIV konfransı keçirilib.

 Son.az axsam.az-a istinadən bildirir ki, tədbirdə qalmaqal baş verib. Belə ki, Xalq artisti Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımıçıq tərk edib.

Aktrisa daha sonra jurnalistlərə açıqlamasında hər şeyin ssenari üzrə getdiyini deyib:

"O, bunu tərifləyir, bu, onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm:

Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azər Paşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil".