Şəki və Şamaxının bəzi yerlərində qaz olmayacaq (FOTO)


Digərləri 23 Okt 2019 09:54:00 342 0

Şəki və Şamaxının bəzi yerlərində qaz olmayacaq (FOTO)

Şamaxıda Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır.

Bakı. Oktyabrın 23-də 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək. "Azəriqaz" İstehalat Birliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır. Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.