Azərbaycanda aparılan köklü islahatlar iqtisadi dayanıqlı inkişaf modelini təmin edib


Digərləri 23 Okt 2019 09:42:00 266 0

Azərbaycanda aparılan köklü islahatlar iqtisadi dayanıqlı inkişaf modelini təmin edib

Dövlət başçısının rəhbərliyi ilə keçirilmiş iqtisadi islahatlar Azərbaycanın dayanıqlı inkişaf modelini təmin edib

Bakı. Mətanət Nəsibova - Dövlət başçısının rəhbərliyi ilə keçirilmiş iqtisadi islahatlar Azərbaycanın dayanıqlı inkişaf modelini təmin edib. Bunu Trend-ə Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artım onu göstərir ki, ölkədə şaxələndirmə məqsədi ilə atılan addımlar müsbət nəticələr verir: “Azərbaycanın dövlət başçısı öz çıxışında birmənalı şəkildə iqtisadi göstəricilər üzrə daha yüksək nəticələrin əldə olunması üçün potensial və imkanların olduğunu qeyd etdi. Hesabat dövründə ən böyük artımın qeyri-neft sektorunda qeydə alınması ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə əlverişli təsir göstərmiş köklü islahatların nəticəsidir. Bu islahatların nəticəsi olaraq iqtisadiyyatın ən vacib sahəsində - kənd təsərrüfatında mühüm artım müşahidə olunur. Doqquz ay ərzində kənd təsərrüfatının 7 faizdən çox artması yaxşı nəticədir və bu fakt dövlət başçısının diqqətindən kənarda qalmadı”. Deputat qeyd edib ki, düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın dövlət borcu aşağı səviyyədədir və ümümi daxili məhsulun cəmi 17 faizini təşkil edir: