Hacıqabulda yük maşını məmuru vurub öldürdü


Digərləri 23 Okt 2019 09:47:00 265 0

Hacıqabulda yük maşını məmuru vurub öldürdü

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 128-ci kilometrliyində, Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu idarə etdiyi "DAF" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən, Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlunu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə nəticəsində ölən Z.Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kənd Ərazi İcra Nümayəndəliyinin rəhbəridir. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin