Gəncədə 17 yaşlı oğlanı öldürən


Digərləri 23 Okt 2019 09:39:00 319 0

Gəncədə 17 yaşlı oğlanı öldürən

Gəncədə bıçaqlanma olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. 17 yaşlı oğlanın mübahisə zəminində şəhərin" Bağmanlar" adlanan ərazisində bıçaqlandığı bildirilir.

Yaralı xəstəxanada dünyasını dəyişib. Araşdıma zamanı məlum olub ki, Əzim Verdiyevi qohumu bıçaqlayıb. O, yeniyetməyə ürəyindən zərbə endirib. İnsidentin səbəbi bilinmir. 

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxsin kimliyi məlum olub. 

2002-ci il təvəllüdlü Əzim Verdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən həmyaşıdı Məmmədov Elgün Rövşən oğlu saxlanılıb. 10-cu sinif şagirdi cinayəti etiraf edib.