Piylənmənin qarşısını alan ən güclü VASİTƏ


Digərləri 23 Okt 2019 07:21:00 278 0

Piylənmənin qarşısını alan ən güclü VASİTƏ

Günəş şüası piylənmə və ikinci dərəcəli şəkər xəstəliyinin inkişaf sürətini azalda bilər.

Son.az xəbər verir ki, Britaniya və Avstraliyadan olan alimlər birgə apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər.

Alimlər ultrabənövşəyi işıq vasitəsilə əlavə piy yığmış siçanları arıqlada biliblər. "Diabetes" elmi dərgisində dərc olunmuş məqaləyə əsasən, günəş işığı təsiri altında orqanizmdə hasil olunan D vitamini bu prosesə təsir etmir.

Alimlər eyni effektin insanlarda da baş verdiyini yoxlamaq üçün əlavə təcrübələrin keçirilməsinə ehtiyacın olduğunu qeyd edib. Elmi qrup əldə etdiyi nəticəyə ehtiyatla yanaşmağı məsləhət görüb, çünki alimlərin təbirincə dərisi xəzə bürünmüş və təbii şəraitdə işıqdan qaçan siçanın günəş şüasına reaksiyası insanın reaksiyasından fərqli ola bilər.

Ultrabənövşəyi işıqla şüalandıqdan sonra siçanlarda eləcədə 2-ci dərəcəli diabet simptomlarının, o cümlədən, aşırı qlyukoza və insulinə müqavimət göstəricilərində də azalma müşahidə edilib.

Alimlərin qeyd etdiyinə görə, ultrabənövşəyi şüa dəridə azot oksidinin əmələ gəlməsinə səbəb olur. Tərkibinə bu maddə daxil edilmiş kremi siçanın dərisinə sürtməklə də eyni effekti müşahidə etmək mümkün olur.

Balans məsləhəti

Edinburg universitetinin dermatologiya üzrə aparıcı mütəxəssisi sayılan doktor Richard Weller deyib ki, elmi təcrübələr özünü günəşə verənlərin kölgəyə üstünlük verənlərdən daha uzunömürlü olduğuna dəlalət edir.

"Yadda saxlamaq lazımdır kı, dəri xərçəngi insanları öldürən yeganə xəstəlik deyil. Günəş altında qalmaq haqqında tövsiyyələri balanslı surətdə etmək məsləhətdir", həkim bildirib.

(adsgarden = window.adsgarden || []).push({});