Qaraciyəri təmizləyir, sümükləri gücləndirir Ənginarın bilinməyən faydaları


Digərləri 23 Okt 2019 07:14:00 311 0

Qaraciyəri təmizləyir, sümükləri gücləndirir  Ənginarın bilinməyən faydaları

Xüsusilə qaraciyər dostu olduğu və bir çox faydası olduğu bilinən enginar, müxtəlif istehlak üsullarına malikdir. Yarpaqlara faydalı olan bu qida arıqlama prosesini yüksək dərəcədə kömək edir. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu tərəvəz qaraciyəri təmizləyir, mədəni qoruyur və ən əsası ürək xəstəliklərinə yaxşı təsir göstərir. Həmçinin, özündə bir çox vitamini  ehtiva edir. Bədənin ehtiyac duyduğu maqnezium, sink, kalium, kalsium və lif kimi maddələr ehtiva edir.

Xolestrini azaldır

Antioksidanlar, vitaminlər və minerallarla zəngin olması sayəsində həzm sistemini və qan təzyiqini tənzimləyir. Qanı təmizləmək və xolestrini normal saxlamaq ,azaltmaq üçün istifadə edilir.

Həzm sistemini gücləndirir

Ənginar  lifli bir quruluşa malikdir. Orqanizmdəni həzm sisteminin işini  yüksək dərəcədə dəstəkləyir. Buna görə mədə və bağırsaq funksiyasının hərəkətliliyinin sürətləndirir.

Ənginar mədənin dostudur

Amin turşuları ilə zəngindir. Buna görə mədənin turşuluğunu tarazlıqda saxlamağa kömək edir. Mədə və bağırsaqları təmizləyən bu tərəvəz, şişkinliyi və köp əmələ  gəlməsini azaldır.

Qan hüceyrələrini gücləndirir

BU tərəvəz  natrium, kalium, kalsium, dəmir və mis zənginliyi ilə qan hüceyrələrini gücləndirir.

(adsgarden = window.adsgarden || []).push({});