Telegramın qurucusu Pavel Durovla müsahibə


Digərləri 22 Okt 2019 22:15:00 257 0

Telegramın qurucusu Pavel Durovla müsahibə

Pavel Durov - mənşəcə Rusiyalı sahibkar, proqramist və millyarderdir. 2001-ci ildə Sankt Peterburq Dövlət Universiteti nəzdindəki Akademik Gimnaziyanı, 2006-cı ildə isə həmin universitetin Filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. "Təbliğat və psixoloji müharibə" ixtisası üzrə hərbi təhsil alıb.

Son.az techland.az-a istinadən bildirir ki, o, 11 yaşından proqramlaşdırma ilə məşğuldur, 22 yaşındaykən artıq böyük bir şirkətin baş direktoru idi. Onun sərvəti hazırda 2.7 milyard dollar qiymətləndirilir və 2016-cı il üçün Forbes jurnalı tərəfindən nəşr olunan reytinqdə 135-ci yerdə göstərilmişdir. 8 dil bilir, adətən qara rəngdə geyinməsi ilə məşhurdur. Haqqında "Durov Kodu. VKontakte və onun yaradıcısının həqiqi tarixçəsi" adlı roman yazılmışdır. Rusiyanı tərk etdikdən sonra şəkər sənayesinin diversifikasiyası Fonduna 250 min dollar bağışlayaraq Karib dənizinin şərq sahilində yerləşən Sent-Kits və Nevis Federasiyasının vətəndaşlığını aldı, eləcə də İsveç banklarından 300 milyon dollar nağd pul götürərək özünün növbəti kompaniyası olan "Teleqram"ı qurdu. "Telegram"-ın hazırda aylıq 100 milyondan artıq aktiv istifadəçisi var.

- Harada böyümüsünüz? 

- Mən Sankt Peterburq şəhərində doğulmuşam. Sonradan atam İtaliyada bir universitetə təyinat aldıqdan sonra biz İtaliyaya köçdük. Ailəm Rusiyaya geri dönənədək bir neçə il mən İtaliyada yaşamışam. Böyüdüyüm yersə yəqinki Sankt Peterburq olub.

-Uşaqlığınızdan yadınızda qalan ən həlledici hadisə hansıdır?

-Ailəm İtaliyaya birinci dəfə səfər edərkən mən nənəmlə birgə Rusiyada qalmışdım. Mənim 4 yaşım var idi, valideyinlərim getmişdi və balaca qardaşımı da özləri ilə aparmışdırlar. Vaxtımı necə keçirəcəyimi özüm müəyyənləşdirməli idim. Yaşlı nənəm isə işləyirdi və təbii olaraq mənimlə oyunlar oynamağa vaxtı yox idi. Bu müddətdə arxalana biləcəyim yeganə insanın yalnız özüm olduğumu öyəndim. Bu mənim ömrümdə özümü dərk etdiyim bir an idi.

-Sizə ən güclü təsir edən kim olub?

-Heç şübhəsiz, qardaşım (Nikolai Durov-u nəzərdə tutur). O, dahidir. İtaliyada onu çətin riyazi tənlikləri həll edə bilən vunderkind uşaq kimi televiziya proqramına dəvət etmişdilər. Yeddi-səkkiz yaşında olmasına baxmayaraq 14 yaşlı uşaqlar üçün olan riyazi məsələləri asanlıqla həll edirdi. Riyazi bilikləri həqiqətən çox əla idi, çoxlu ədəbiyyat oxuyurdu və buna görə də çox ağıllı idi. Məktəb vaxtı riyaziyyatla bağlı demək olar ki, bütün yarışmaların qalibi olurdu. Mən ona çoxlu suallar verməklə ondan çox şey öyrənmişəm, buna görə də ona minnətdaram.

-Dostunuza hədiyyə etmək istəyəcəyiniz kitab hansı olardı?

-Çox güman ki, Mixay Çiksentmixayinin "Axın: Optimal Təcrübə Psixologiyası" kitabı.

-Emosiyalarınızı necə idarə edirsiniz?

-İlk növbədə deyim ki, artıq uzun müddətdir yoqa və meditasiya ilə məşğul oluram. Bilirsiniz bir anda siz beyninizin nevroloji anlamda bədəniniz tərəfindən idarə olunduğunu anlamağa başlayırsınız. Biz emosiyalarımızın əsl səbəbini aydınlaşdırmaq üçün bədənimiz və beynimiz arasındakı əlaqəni yenidən layihələndirməyi bacarmalıyıq. Əgər bunu bacarsaq, real olaraq ətraf aləmi dəyişə və bizim qərarlarımıza təsir edən müəyyən faktorlardan yaxa qurtara bilərik.

-Strateji düşündüyünüzə necə əmin ola bilirsiniz?

-Bugün, növbəti həftə və yaxud yaxın il ərzində edə biləcəyim işlərin müxtəlif variantları üzərində düşünərək və onları qiymətləndirərək. Sizi həyəcanlandıracaq yeni nəsə fikirləşib tapmayanadək, təslim olmamalısınız. Qərarla bağlı tərəddüdünüz varsa biraz yuxunuzu alın və baxın görün yuxudan durduqdan sonra özünüzü necə hiss edəcəksiniz.

-İşlərinizin uğurla həyata keçməsini nə ilə əlaqələndirirsiniz?

-İşə olan həvəs, maraq və prosesi asanlaşdırmaq bacarığı. Asanlaşdırma dedikdə - əlavə və lazımsız olan hər şeyi kəsib atmaq və işin kökünə əsas diqqəti verməyi nəzərdə tuturam.

- Layihələrlə həddən artıq yüklənmiş və öz fokusunu tapmağa çalışan insana nə təklif edərdiniz?

-Axtarışını davam etdirsin. Biznes və texnologiya ilə heç bir əlaqəsi olmayan kitablar oxusun, zehninə ancaq sadə şeylər haqqında düşünsünməklə biraz fasilə versin.

-Vacib olduğuna inandığınız elə bir həqiqət varmı ki, yalnız bir-iki nəfər sizinlə razılaşa bilər?

-Düşünürəm ki, insanların şəxsi-təşkilatlanmalarına daha çox icazə verilməlidir, Hökümətlərin təsiri kiçik olmalıdır. Əslində dövlətlər biz fikirləşdiyimizdən daha az əhəmiyyətlidir. Dövlət nə edir? özünün heç bir əlaqəsi olmayan proseslərçün öhdəçilik götürür. Mən kiçik dövlətlərin və ya ümumiyyətlə dövlətsizliyin vacibliyinə inanıram. Mənim fikrimcə mütləq əksəriyyət ona görə böyük ölkəsinin olmasını istəyir ki, "böyük qardaş" kimi onu qorusun. Səbəb sadəcə budur.

-Sizin üçün uğur nədədir?

-Fikrimcə uğur həyata keçirdiyin və diqqətinin cəmləndiyi işlərə tutquyla, həyəcanla yanaşmaqdadır.

(adsgarden = window.adsgarden || []).push({});