Uşaqlıq boynu eroziyası – Qadınların qorxulu kabusunun səbəbi, müalicəsi


Digərləri 22 Okt 2019 22:05:00 332 0

Uşaqlıq boynu eroziyası – Qadınların qorxulu kabusunun səbəbi, müalicəsi

Eroziya hər 5 qadından birində rast gəlinir. Əvvəlcə simptomsuz başlayır, demək olar, əlamət göstərmir. Çox qadın düşünür ki, məndə eroziya ola bilməz. Bir çoxları isə eroziyaya adi iltihab kimi yananır və təhlükəsini dərk etmir.

Son.az medicina.az-a istinadən eroziyanın yaranma səbəblərini və əlamətlərini təqdim edir.

Uşaqlıq qadın reproduktiv sisteminin ən vacib orqanıdır. Onun boynu da çox önəmli rol oynayır, dölün vaxtından əvvəl doğulmasının qarşısını alır. Uşaqlıq boynu eroziyası hamar epitel səthinin qüsurudur.

Eroziyanın bir neçə növü var:

-Psevdoeroziya

Hamar, düz epitelin silindrik formaya çevrilməsi nəticəsində inkişaf edir. Bu hüceyrələr daha əlvandır, ona görə eroziv sahə normal toxumadan rəngi ilə seçilir.

Bu mərhələ uzun keçdikdə, müalicə olunmadıqda xroniki iltihabi prosesə keçir. Bu da displaziyanın əsasını qoyur. Epitelin patoloji dəyişilməsi olan displaziya potensial olaraq bədxassəli törəmələrin başlanğıcıdır demək olar.

2. Həqiqi, gercək eroziya

Epitelin tam zədələnməsi, yara səthinin olması deməkdir. Burda infeksion proseslər üçün açıq qapı yaranır.

3. Anadangəlmə eroziya

Silindrik epitelin sərhədlərinin hələ bətndə ikən yerdəişməsi nəticəsində baş verir. Alimlər bu problemdə hormonal pozuntuları səbəb kimi görür. Cinsi hormonların qeyri-düzgün dəyişməsi döldə eroziya yaradır.

Simptomları:

Nadir halda ilk başda ciddi siqnallar verir. Təsadüfən ginekoloji kresloda müayinə zamanı aşkarlanır. Nadir halda qanlı ifrazat, cinsi əlaqədən sonra qanlı axıntı, eləcə də menstrual tsikldən öncə belə axıntı olur. Eləcə də qarnın aşağısında ağrılar olur.

(adsgarden = window.adsgarden || []).push({});