Vivo iQOO Neo smartfonunun təqdimat tarixi açıqlandı


Digərləri 22 Okt 2019 21:40:00 251 0

Vivo iQOO Neo smartfonunun təqdimat tarixi açıqlandı

Yaxın vaxtlarda qabaqcıl parametrlərə sahib olmuş Vivo iQOO Neo smartfonunun rəsmi təqdimatı keçiriləcək.

Son.az ted.az-a istinadən bildirir ki, cihazın əsas üstünlükləri arasında Snapdragon 855 Plus səkkiznüvəli prosessor var. İnternet şəbəkədə artıq daha inkişaf etmiş xüsusiyyətləri almış qacetin tizer şəkilləri dərc edilib. Mütəxəssislər Vivo iQOO Neo-nun debütünün gələn həftə olacağını istisna etmirlər.

Smartfon 6 GB RAM və 64 GB fləş yaddaşa malikdir. Satışda 8 GB operativ və 256 GB isə daimi yaddaş nəzərdə tutulan təkmilləşdirilmiş modifikasiya olacaq. Cihazın başlanğıc qiyməti 255 dollar təşkil edir.

(adsgarden = window.adsgarden || []).push({});