Ac qalmaq sağaldır, iştah öldürür – Əsl aclıqla iştahı ayırmağın


Digərləri 22 Okt 2019 21:35:00 303 0

Ac qalmaq sağaldır, iştah öldürür – Əsl aclıqla iştahı ayırmağın

Süfrə arxasında adətən "Nuş olsun" deyib, bir-birmizə yaxşı iştah, dadlı təamdan zövq arzulayırıq. Bununla da biz özümüzü və yaxınlarımızı bilmədən xəstəlik və əziyyətlərə proqramlaşdırırıq. Biz onlara tez ölüm arzulayırıq. Çünki qarşısıalınmaz iştaha, nəfs və çox yemək sürətlə ölümə yaxınlaşmaq deməkdir.

Son.az medicina.az-a istinadən bildirir ki, sağlam, gümrah olmaq üçün insan qidanı yalnız və yalnız həqiqi aclıq hissi olanda, orqanizm acanda qəbul etməlidir. Amma sivil insan yemək qəbulunu rejinə salıb: günortadırsa yeməliyəm, axşam düşdü yeməliyəm, dostlarla oturmuşam yeməliyik, ad günüdür yeyim. Araşdırmalar göstərib ki, biz heç vaxt əsl aclıq hissi keçirmirik. Bizdə olan iştahdır.

Bəs aclıqla iştahı necə ayırmalı?

İştaha yeməyin ətri, dadı, görüntüsü, yemək haqqında fikirlərlə formalaşır. İştah gəlibsə, orqanizm acdır, yemək istəyir demək deyil. Onun reallıqla əlaqəsi yoxdur.

Gündə 4-5 dəfə lazım oldu olmadı yeməyə alışmış insanda iştat mədədə boşluq, qəribə xoşagəlməz hiss, halsızlıqla özünü büruzə verir. Yedikdən sonra mədəsi dolur və bu toxluq ona rahatlıq gətirir. Bundan sonra elə bilir ki, yemək ona lazım olan ən yaxşı şeydir. Əslində isə bu simptomlar bədənin yeməyə ehtiyac duyduğunu göstərmir.  

Belə olanda bu üsulu edin:

İştah gələn kimi bir stəkan təmiz su için. Təəccüblü olsa da, o əjdaha iştahı yoxa çıxacaq. Bir də 2 saatdan sonra qayıdacaq. O zaman yenə bir stəkan su için. O yenə gedəcək. Beləcə siz 2-3 dəfə bunu təkrarlaya bilərsiz. Bu onu göstərir ki, həqiqi aclıq hiss etmirsiz. Həqiqi aclıqda su onun qarşısını almır.  

Əgər siz gündüz saat 12-dən axşam 6-ya kimi hər dəfə iştah gələndə su içsəniz, çox asanlıqla axşama kimi yeməksiz keçinə biləcəksiz. Biz orqanizmimizi eşitməyi və anlamağı çoxdan unutmuşuq.      

Nə vaxt ac olduğumuzu isə bilmirik.

Aclıq da susuzluq kimidir, ağız və boğazda hiss olunur. Əgər insan həqiqi aclıq vaxtı bir tikə çörək, ya bir alma, ya bir salat yesə, o bundan əsl həzz alacaq. Bu qida bədənin hər hüceyrəsi, molekulları tərəfindən acgözlüklə mənimsənilib, hər zərrəsi fayda verəcək. Qida yaxşı həll olacaq, onda olan maddələr lazımi orqanlara çatacaq.

(adsgarden = window.adsgarden || []).push({});