Müdirlərə qadın katibə rəsmən qadağan olundu


Dünya 22 Okt 2019 20:53:00 272 0

Müdirlərə qadın katibə rəsmən qadağan olundu

İranda dövlət idarələrində çalışan kişi müdirlərə qadın katibələrdən və əksinə istifadə edilməsi rəsmən qadağan olunub.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu İranın "Xorasan" qəzeti adı qeyd olunmayan quruma istinadən yayımlayıb.

Məlumata görə, İranın dini inanclar sahəsində önəmli dövlət qurumları tərəfindən bu haqda göstəriş verilib və buna riayət edilməsi vurğulanıb.

Həmçinin göstərişdə idarələrdə qadın və kişilərin iş otaqlarının ayrılması da yer alıb.

(adsgarden = window.adsgarden || []).push({});