Terrorçular Suriya ordusuna hücum etdi


Dünya 22 Okt 2019 19:54:00 309 0

Terrorçular Suriya ordusuna hücum etdi

YPG/PKK-lı terrorçular "Sülh Çeşməsi Hərəkatı"nda iştirak edən Suriya Milli Ordusunun (SMO) əsgərlərinə qarşı Tel-Əbyadda bomba yüklü avtomobillə hücum təşkil edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə 3 əsgər şəhid olub, 18 əsgər xəsarət alıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 9 oktyabrda başladığı "Sülh Çeşməsi Hərəkatı"na qatılan SMO-dan indiyə qədər 84 əsgər şəhid olub, 310 əsgər yaralanıb.