Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb


Digərləri 22 Okt 2019 20:17:00 239 0

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb

Bakı. Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü A.Aydınovdan 437 qram heroin, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü E.Əhmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobilindən 2 kq 193 qram metamfetamin aşkar edilərək götürülüb. Bundan başqa, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 1986-c il təvəllüdlü C.Cəfərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1,5 kq heroin aşkar edilərək götürülüb. (adsgarden = window.adsgarden || []).push({}); Hər üç faktla bağlı araşdırmalar aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin