Bakıda dəhşətli qəza: "Mercedes" 60 yaşlı kişini vurub öldürdü


Digərləri 22 Okt 2019 19:31:00 348 0

Bakıda dəhşətli qəza: "Mercedes" 60 yaşlı kişini vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtı Binəqədi rayonu, Binəqədi şossesində baş verib. 1998-ci il təvəllüdlü Rüstəmov Allahverdi Ənvər oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qarşısındakı yolda hərəkətdə olarkən yolu keçən Oğuz rayon sakini, 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.