Beynəlxalq Qarabağ Kuboku müsabiqəsi keçiriləcək


Kriminal 22 Okt 2019 18:44:00 277 0

Beynəlxalq Qarabağ Kuboku müsabiqəsi keçiriləcək

27 oktyabr 2019-ci il Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində "Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçiriləcək.

Son.az xəbər verir ki, müsabiqənin keçirilməsində təşkilatı dəstək Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group-dur.

Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar üzrə iştirak ediləcək: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

Artıq iştirak etmək üçün bölgələrdən və paytaxt şəhərimizdən qeydiyyatdan keçən qruplar var.