"Yenilməzlər" adlı beynəlxalq qala təqdimat keçiriləcək


Kriminal 22 Okt 2019 17:34:00 325 0

"Yenilməzlər" adlı beynəlxalq qala təqdimat keçiriləcək

13 noyabr 2019-cu il tarixində Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş korporativ sosial məsuliyyət mövzusunda "Yenilməzlər" adlı beynəlxalq qala təqdimat keçiriləcək. Son.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbir paralimpiya hərəkatı, paralimpiya dəyərlərinin və fəlsəfəsinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiyası, bu sahənin inkişafı istiqamətində dövlət qurumları və özəl şirkətlərin korporativ sosial məsuliyyətinin stimullaşdırılmasına həsr olunacaq. Tədbirdə fiziki məhdudiyyətli insanların sosial inteqrasiyası sahəsində böyük nüfuza malik xarici və yerli ekspertlərin (Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti Sir Filip Kreven, Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari, ikiqat Paralimpiya Çempionu İlham Zəkiyev, Paralimpiya Çempionu Oleq Kretsul, vayner Mahmud Səfərov, MPK-nın baş katibi Kamal Məmmədov və BP Azərbaycan şirkətinin mətbuat katibi Tamam Bayatlı) geniş təqdimatları olacaq. Təqdimat kölgə teatrı, ultrabənövşəyi şou və digər yaradıcı işlərlə zəngin olacaq. Tamaşalar para limpiyaçıların həyat hekayələrini və çətinliklər qarşısında yenilməzliyini nümayiş etdirəcək. Tədbirdə dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların, bir sıra xarici və yerli şirkətlərin, QHT-lərin və bir sıra ölkələrin Paralimpiya Komitələrinin rəhbərləri və nümayəndələrinin iştirakı nəzərdə tutulur.