"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ (FOTO)


Digərləri 22 Okt 2019 17:38:59 280 0

"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ (FOTO)

“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası ilə keçirəcəyi görüşə 25 min bilet satılıb.

Bakı. Ceyhun Ələkbərov - “Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası ilə keçirəcəyi görüşə 25 min bilet satılıb. Klubdan Trend-ə verilən məlumata görə, oktyabrın 24-də baş tutacaq oyuna hazırlıqlar davam edir. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL qarşılaşmasında bayraq aksiyası təşkil ediləcək.