Polis rus futbolçunu yandıraraq öldürdü


İdman 22 Okt 2019 15:43:00 340 0

Polis rus futbolçunu yandıraraq öldürdü

Rusiyalı futbolçu İvan Vşikov öldürülüb.

Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu iddia ilə mərhumun anası Olqa Vşikov çıxış edib.

O bildirib ki, bu yaxınlarda polis tərəfindən yaxalanan Progress-in oyunçusu qaynar su ilə yandırılıb: "Oğlumun bədəninin 70 faizi yanıb. Həkimlər bildirdilər ki, bu, cinayətdir. İstənilən şəxsin başından 5 dəqiqə qaynar su tökülsə, onda bu cür yanıqlar əmələ gəlir".

Ana Vşikov artıq prokurorluqla əlaqə saxladıqlarını və polisə qarşı məhkəmə işinin açılmasını tələb etdiklərini bildirib.

Qeyd edək ki, evli olan İvan Vşikovun 2 övladı var. O, bu yaxınlarda kiçik xuliqanlıq əməlinə görə saxlanılmışdı.(matc.az)