Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib


Digərləri 22 Okt 2019 15:42:00 263 0

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə başsağlığı verib.

Bakı. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə başsağlığı verib. Trend-in məlumatına görə, məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç. Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin