"Lenovo Global Technology" Azərbaycanda törəmə şirkətini təsis edib


Digərləri 22 Okt 2019 15:33:00 270 0

"Lenovo Global Technology" Azərbaycanda törəmə şirkətini təsis edib

«Lenovo Global Technology Azerbaijan» MMC 16 oktyabr 2019-cu il tarixində dövlət qeydiyyatından keçib.

Bakı. Vergilər Nazirliyinin saytındakı məlumata əsasən, «Lenovo Global Technology Azerbaijan» MMC 16 oktyabr 2019-cu il tarixində dövlət qeydiyyatından keçib. Şirkətdən Trend-ə verilən məlumata görə, nazirliyin saytında qeyd olunur ki, «Lenovo Global Technology Azerbaijan»-ın qanuni nümayəndəsi Rusiya Federasiyası və MDB ölkələrində «Lenovo Global Technology» şirkətinə rəhbərlik edən Dmitri Parşindir. Lenovo Global Technology şirkərinə data mərkəzləri üçün məhsullar istehsal edən 6 zavod, həmçinin 7 ETTKİ mərkəzi və dünyanın müxtəlif ölkələrində məlumat emalı mərkəzləri üzrə texnologiyaların təkmilləşdirilməsi üçün 46 laboratoriya məxsusdur. Şirkətin bütün qitələrdə nümayəndəlikləri var ki, o öz həlləri və xidmətlərini 160-dan çox ölkədə müştərilərə təqdim edir.