Buffon və De Rossi milliyə çağırıla bilər


İdman 22 Okt 2019 15:21:00 369 0

Buffon və De Rossi milliyə çağırıla bilər

Juventus-un qapıçısı Canluici Buffon və Boca Juniors-un yarımmüdafiəçisi Daniele De Rossi yenidən İtaliya yığmasının formasını geyinə bilər.

Goal.az xəbər verir ki, bunu "Skuadra Adzurra"nın baş məşqçisi Roberto Mançini deyib.

O bildirib ki, "Rai" ilə İtaliya Futbol Federasiyası arasında yeni müqavilənin təqdimatı zamanı federasiya prezidenti Qabriele Qravina ilə arasında bu barədə görüş olub: "Prezidentin ideyası ilə razılaşdım. Buffon və De Rossi 2006-cı ildəki dünya çempionatında iştirak edənlər arasında karyerasını davam etdirən yeganə oyunçulardır. Onlar bir oyunluq milliyə çağırıla bilərlər".

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-yə vəsiqəni rəsmiləşdirdiyindən, seçmə mərhələnin gələn ay keçiriləcək son oyunlarına Buffonla De Rossinin dəvət edilməsi gözlənilir.