Ərdoğan və Putin arasında görüş başladı - Soçidə (FOTO)


Digərləri 22 Okt 2019 15:27:00 315 0

Ərdoğan və Putin arasında görüş başladı - Soçidə (FOTO)

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Bakı. Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb. Trend-in məlumatına görə, görüşü şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların mürəkkəb olacağını qeyd edib. Görüş başlamazdan öncə isə Rusiya Prezidenti Suriyadakı vəziyyətlə bağlı açıqlama verərək durumun ağır olduğunu deyib. O, həmçinin Rusiya-Türkiyə münasibətlərində əldə olunmuş yüksək əməkdaşlıq səviyyəsinin mübahisəli məsələlərin həllində öz təsirini göstərəcəyinə ümid etdiyini qeyd edib. Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya rəsmi səfərə gəlib. İki ölkə lideri arasında əsas müzakirə mövzusunun Suriya və regional məsələlərin olacağı bildirilir. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin