Basketbol üzrə könüllülər kuboku uğrunda turnir keçirilib


Digərləri 22 Okt 2019 15:27:00 238 0

Basketbol üzrə könüllülər kuboku uğrunda turnir keçirilib

Qızlar və oğlanlar arasında basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnir keçirilib.

Bakı. Səbail rayonu Su İdman Sarayının yaxınlığında yeni salınmış ABAD məhəllədə qızlar və oğlanlar arasında basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnir keçirilib. Trend-in məlumatına görə, turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları - baş məsləhətçi Salman Əbdülov, baş masləhətçi Cəlil Əlizadə, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə iştirak ediblər. Gərgin və maraqlı oyun şəraitində keçən turnirdə oğlanlar arasında I yeri Dreamteam komandası, II yeri ASAN 2 komandası, III yeri Drive komandası, qızlar arasında I yeri Günəş komandası, II yeri ASAN 5 komandası, III yeri ASAN 2 komandası tutublar.