Sabirabadda 50 min ağac əkiləcək (FOTO)


Digərləri 22 Okt 2019 15:16:00 254 0

Sabirabadda 50 min ağac əkiləcək (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü çərçivəsində Sabirabadda 50 min ağac əkiləcək Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Sabirabad rayonunda 50 min ağac əkiləcək.

Bakı. İlhamə İsabalayeva - Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Sabirabad rayonunda 50 min ağac əkiləcək. Bu barədə Trend-ə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov deyib. Onun sözlərinə görə, ağacların 35 ərazidə əkilməsi nəzərdə tutulur. Həmin ərazilərin 8-i Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayonundan keçən hissəsindədir. H.Həsənov deyib ki, Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayonundan keçən 40 km-lik hissəsinin sağ və sol hissələrində müxtəlif növ ağaclar əkiləcək. (adsgarden = window.adsgarden || []).push({}); Kütləvi ağacəkmə tədbirləri çərçivəsində rayonda müxtəlif növ ağaclar, o cümlədən gül kolları və dekorativ bitkilər əkiləcək ki, onların da suvarılması üçün damcı suvarma üsulundan, eyni zamanda, təbii su axarlarından istifadə ediləcək. H.Həsənov qeyd edib ki, artıq kütləvi ağacəkmə tədbirinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Sabirabadda bu tədbirlərin keçirilməsinə təxminən 10 min nəfər cəlb ediləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin