Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb


Digərləri 22 Okt 2019 14:59:00 327 0

Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb

"Azərbaycanda tikinti sektorunda, xüsusilə də tikinti materiallarının istehsalı sahəsində əhəmiyyətli artım müşahidə olunur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, son beş il ərzində ölkədə tikinti materiallarının istehsalı 70 faizdən çox artıb:

"Bu, iqtisadiyyatın prioritet sahəsinin yüksək artım dinamikasını təsdiq edən yaxşı göstəricidir. Göstərilən müddət ərzində Azərbaycanın 17 tikinti şirkəti investisiya sənədləri alıb ki, bu da müsbət nəticədir".