"Qarabağ-ı Bakıda təəccübləndirmək çətin olacaq"


İdman 22 Okt 2019 15:00:00 354 0

"Qarabağ-ı Bakıda təəccübləndirmək çətin olacaq"

"Bu mövsüm avrokuboklarda etdiklərimiz möcüzədi. Biz həvəskar komandayıq. Gələn illərdə bunun baş verəcəyi düşünüləsi bir şey deyil".

 

Goal.az-ın məlumatına görə, bunu Dudelange-nin prezidenti Romain Şumaxer deyib.

Klub rəhbəri Avropa Liqasının qrup mərhələsinin III turunda Sevilla ilə keçiriləcək səfər oyunu öncəsi fikirlərini bölüşüb. O, yerli mətbuata açıqlamasında iki komanda arasında böyük fərq olduğunu vurğulayıb.

Şumaxer qrupdan çıxmaq şanslarına da toxunub: "Sevilla ötən il qarşılaşdığımız Betis-dən daha güclüdür. Bizimlə müqayisədə onlar başqa dünyadır. Qrupda APOEL-ə səfərdə qalib gəlsək də, Qarabağ-a evdə uduzduq. Düşünürəm ki, yenidən APOEL-ə qalib gəlmək, Bakıda yaxşı oynamaq və Qarabağ-ı təəccübləndirmək çətin olacaq. Çox seçim imkanımız yoxdur. Amma bizim kimi həvəskar komandanın hələ də ümid etməsi özü böyük şeydi".

Qeyd edək ki, Sevilla - Dudelange matçı oktyabrın 24-də keçiriləcək.