Azərbaycanlı model soyunan həmkarlarını qınadı: "Tutuzdura bilmək üçün..."


Şou-biznes 22 Okt 2019 13:31:00 307 0

Azərbaycanlı model soyunan həmkarlarını qınadı: "Tutuzdura bilmək üçün..."

"Türklərin bütün seriallarına baxıram. Heç birini qaçırmıram. Hər serialdan birinin yanında olmaq istəyərdim"

Son.az buta.ws-ə istinadla bu dəfəki qonağı azərbaycanlı model Nigar Çoban və həyat yoldaşı gənc aktyor Gökhan Çobanla müsahibə-söhbəti təqdim edir:

- Salam, Nigar xanım!

- Salam.

- Özünüz haqqında nə deyə bilərsiz?

- Dizaynerlik üzrə təhsil almışam. Hal-hazırda işləmirəm. Amma gələcəkdə lazer kursu açmaq istəyirəm. 4 aydır ki, evliyəm. 

- Modelliyə nə vaxtdan marağınız yaranıb?

- 17 yaşımda başlamışam bu işə. Uşaqlıqdan həvəsim olub. Gökhanı tanıyana qədər davam etdirdim, sonra isə dayandırdım. 

- Bu sahə ilə bağlı təhsiliniz varmı?

- Diplomum yoxdur. Amma kurs keçmişəm. 

- Modellik çətin peşədir?

- Bəli. Xüsusilə də Azərbaycanda bu sahəyə müsbət fik yoxdur.

- Podiuma çıxarkən həyəcanınız olubmu?

- 17 yaşlarımda olub. Amma sonradan yox. 

- Bəs yıxılmaq qorxusu?

- Yox. Amma, həyəcandan ayaq titrəməsi, əsməsi olub. Belə deyim, podiumda gəzərkən ən əsas olan, qarşımızdakılara gülümsəməkdir. Gözlərimizin içi gülməlidir.  

- Sizdə aktyorluq bacarığı varmı?

- Xeyr. Özümü heç vaxt aktyor kimi görməmişəm. Amma modelliyə uşaqlıqdan bəri həvəsim var. 

- Əgər, Gökhan bəy və sizə baş rol təklifi gəlsə qəbul edərsiniz?

- Gökhan bəy: Mənim aktyorluqla bağlı təhsilim var, amma Nigarın yoxdur. Ona görə də, o, treninqlərdən keçməlidir, bu proyekt uğurlu olsun.   

Necati Şaşmazın təhsili yoxdur. Amma, o, "Polat  Alemdar" kimi rol ərsəyə gətirib.

- Gökhan bəy: Bəzi insanlar da bu doğuşdan olan istedaddır. Necati Şaşmaz xarici ölkələrdə çox yaxşı təhsil alıb. Üstəlik, onun qardaşı Raci Şaşmaz da uşaqlıqdan ssenari yazmaq həvəsində olub. Belə deyək ki, insanın içində olan cövhəri çıxarmaq üçün istiqamət lazımdır.

- Başqa hansı peşələrlə məşğul olmusunuz, Nigar xanım? 

- Modelliklə yanaşı, idman mərkəzində "reception" olaraq işləmişəm.  Serial çəkilişlərinə getmişəm. Amma, direktorla bəzi söz-söhbətlərim oldu deyə, davam etdirmədim. Həmçinin butik, salon çəkilişlərinə getmişəm. 

- Gələcəkdə lazer mərkəzi açmaq istədiyinizi dediniz. İş qadını olmaq istəyirsiniz? 

- Bəli. 

- Bəs bizneslə bağlı təhsiliniz varmı?

- Xeyr. Sadəcə dizayn təhsili almışam. Hal-hazırda lazer təhsili aldığım üçün, gələcəkdə də, Gökhanın köməyi ilə öz işimin  üstündə durmaq istəyirəm (gülür). 

- Nigar 2 ildən sonra özünü harada görür?

- Gökhan bəy: Nigar mənim həyat yoldaşım olduğuna görə, onun xarakterini, xasiyyətini hər kəsdən yaxşı mən bilirəm. O, çox yaxşı bizneslady ola bilər. Bu yolda mənim açmalı olduğum hər nə varsa açacam. İndi də kiçik bir biznesi var. Hər nə qədər maddiyat əldə edə bilməsə də. 

- Maraqlıdır, bu biznes nədir?

- Online bizneslə məşğulam.

- Online satış?

- Xeyr. Tanınmış kasmetika markası ilə bağlı treninq keçirəm. 

- Bəs Nigar özünü vəzifə də görürmü?

- Təbii ki. Mən qarşıma məqsəd qoymuşam. Və buna nail olacam. 

- Millət vəkili ola bilərsinizmi?

- O qədər də yuxarıdan getmiyim. (Gülür) Amma qarşıma məqsəd qoymuşam ki, biznes qadını olacam. 

(adsgarden = window.adsgarden || []).push({});