HUAWEI şirkəti 2019cu ilin III rübü üzrə maliyyə hesabatını dərc edib


Digərləri 22 Okt 2019 14:00:00 285 0

HUAWEI şirkəti 2019cu ilin III rübü üzrə maliyyə hesabatını dərc edib

HUAWEI şirkəti bu gün 2019-cu ilin III rübü üzrə fəaliyyət nəticələri barədə elan edib. Bu ilin ilk üç rübü ərzində HUAWEI 610,8 mlrd. yuan məbləğində gəlir əldə edib, bu isə keçən illə müqayisədə 24,4% daha çoxdur. Bu dövr ərzində şirkətin xalis mənfəətində artım 8,7% təşkil edir.

HUAWEI şirkətinin əsas fəaliyyət sahələrini əvvəl olduğu kimi İKT-infrastrukturu və intellektual qurğular təşkil edib. Şirkət əməliyyat fəaliyyətinin effektivliyi və keyfiyyətini artırmağa davam edib, bu isə təşkilati sabitliyin və əməliyyat fəaliyyətində davamlılığın artması ilə nəticələnib. 2019-cu ilin ilk üç rübü ərzində şirkətin fəaliyyətinin effektivliyi də artıb.

5G şəbəkələrinin kommersiya sahəsində genişləndirilməsi bütün dünyada sürətlənib. HUAWEI məlumatların ötürülməsi sahəsində çalışan aparıcı şirkətlərin iştirakı ilə innovativ həlləri tətbiq etməyə davam edib. Məsələn, 5G Super Uplink həlli və ya intellektual və sadələşdirilmiş nəqliyyat şəbəkələri. Şirkət, həmçinin, sənaye tərəfdaşları ilə işləyərək 5G şəbəkələrində "determinasiya olunan məlumatlardan" istifadə etməklə qarşılıqlı əlaqə üçün innovativ bazar yaradır. Bu məlumatların ötürülməsi sahəsində fəaliyyət göstərən şirkətlərin innovasiya inkişafı və artımını təmin edəcək.

İndiyədək HUAWEI məlumatların ötürülməsi sahəsində dünyanın aparıcı şirkətləri ilə 5G şəbəkələri ilə bağlı 60-dan çox kommersiya müqaviləsi bağlayıb. Şirkət, həmçinin, dünya bazarlarına 5G üçün 400 000-dən artıq aktiv Massive MIMO antenalarının təchizatını həyata keçirib. HUAWEI məlumatların optik ötürülməsi, məlumat mübadiləsi üçün həlləri və, İT məhsullarının istehsalı və təchizatında sabit artım nümayiş etdirib.

Şirkət, həmçinin, müəssisələr üçün HUAWEI Horizon Digital Platform platformasını təqdim edib. Vahid, açıq və effektiv platforma HUAWEI-in zəngin texnoloji təcrübəsinə əsaslanır. Bu həll sayəsində Şirkət bütün dünyada rəqəmsal texnologiyaların istifadəsi üçün zəmin yaratmaqla və dəyəri trilyon ABŞ dolları təşkil edən rəqəmsal transformasiya sənayesini yaratmaqla müştəri və tərəfdaşlarla işləyəcək. Yeni platforma, həmçinin, dövlət orqanları, kommunal xidmətlər, maliyyə sektoru, nəqliyyat və elektroenergetika kimi sahələrə rəqəmsal transformasiyanı sürətləndirməyə imkan verəcək.

2019-cu ilin III rübünün sonunda Fortune Global 500 siyahısından 700-dən çox şəhər, 228 şirkət və Fortune Global 100 siyahısından 58 şirkət HUAWEI-i rəqəmsal transformasiya sahəsində tərəfdaş olaraq seçib.

HUAWEI bulud servisinin hazırlanması prosesi sürətləndirilib. HUAWEI III rübdə hesablamalar strategiyasını elan edib və süni intellektin öyrənilməsi üçün dünyada ən sürətli Atlas 900 klasterini təqdim edib. Bundan əlavə, şirkət Ascend prosessorları əsasında süni intellektin öyrənilməsi üçün HUAWEI CLOUD bulud klaster servisləri, Kunpeng və Ascend prosessorları əsasında 112 yeni servis, həmçinin, sənaye sektoru üçün "rəqəmsal əkizlər" kimi digər innovativ məhsulları da işə salıb. Məhsullar dövlət idarəçiliyi, internet xidmətləri, avtomobil sənayesi, maliyyə sektoru və bir çox digər sahədə əhəmiyyətli nəticələrə nail olmağa kömək edib. Üç milyona yaxın korporativ istifadəçi və tərtibatçı məhsul və həllərin hazırlanmasında HUAWEI CLOUD istifadə edir.

HUAWEI Consumer Business Group da sabit artım nümayiş etdirir. 2019-cu ilin ilk üç rübündə HUAWEI smartfonlarının təchizatı 185 mln. ədədi keçərək keçən ilin göstəricilərindən 26% artıq olub. Şirkətin FK, planşet və aksessuar istehsalı kimi yeni fəaliyyət sahələri də əhəmiyyətli göstəricilər nümayiş etdirib.

Bunda əlavə, III rübdə həm PT, həm aparat tərkibi baxımından innovativ olan ağıllı HONOR Vision ekranını təqdim edib. Bu ekran həm ekspert cəmiyyəti, həm istehlakçılar arasında geniş rəğbət qazanıb. Şirkət bütün istifadə ssenarilərində vahid rahat istifadəçi təcrübəsinin təmin olunması üçün etibarlı ekosistem üzərində çalışır.

(adsgarden = window.adsgarden || []).push({});