Azərbaycanlı aktrisa İspaniyanın nüfuzlu kino festivalında


Şou-biznes 22 Okt 2019 13:39:00 292 0

Azərbaycanlı aktrisa İspaniyanın nüfuzlu kino festivalında

Azərbaycanlı rejissorun çəkdiyi film daha bir nüfuzlu kino festivalının proqramına daxil edilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə məlumat verib.

Festivala qatılmağa hazırlaşdığını elan edən ulduz təəssüratlarını belə ifadə edib: "Yenə səfər... Gəlim çıxdım İspaniyanın Madrid şəhərinə, ordan da Valladolidə... Mənə dəstək olan hər kəsin işlərini Allah uğurlu etsin. Yeni festivala qatılmağa hazırlaşırıq. İnşallah festivaldan uğurla qayıdarıq. Elmar İmanovun "Mövsümün sonu" filmi İspaniyanın Valladolid şəhərində Valladolid Beynəlxalq film festivalında göstəriləcək. Burada Rasim və Mirmövsü də təmsil edirəm".

Daha sonra kino ulduzu həm teatr tamaşa məşqlərinin, həm də serial çəkilişlərinin qızğın vaxtında ona bu festivala qatılmağa şərait yaradan Bakı Bələdiyyə Teatrının direktoru, Amaliya Pənahovanın qızı Aynur Muxtarovaya, həmçinin serialın rejissoru Rüfət Şahbazova təşəkkür edib.

Məlumat üçün bildirək ki, rejissorluğunu Elmar İmanovun etdiyi ekran işi dünyanın ən iri və nüfuzlu kino festivallarından biri olan 48-ci Rotterdam Festivalında da nümayiş olunmuşdu. "Mövsümün sonu" adlı tammetrajlı bədii film, dünyanın fərqli nöqtələrindən rejissorların beynəlxalq premyeralarının toplandığı "Parlaq gələcək" konkursunda da iştirak edib. Və Azərbaycan dilində azərbaycanlılar haqqında bəhs edən məhz bu film kino tənqidçiləri və kinoşünasların sevgisini qazanaraq FIPRESCI - Ümumdünya Kinomətbuat Federasiyasının mükafatına layiq görülüb.

(adsgarden = window.adsgarden || []).push({});