Venesuela prezidentinin Bakıda Qoşulmama Hərəkatının sammitində iştirakı gözlənilir


Digərləri 22 Okt 2019 13:31:00 224 0

Venesuela prezidentinin Bakıda Qoşulmama Hərəkatının sammitində iştirakı gözlənilir

Bakıda Qoşulmama Hərəkatının sammitində Venesuela Prezidenti Nikolas Maduronun iştirakı gözlənilir

Bakı. Ləman Zeynalova - Bakıda Qoşulmama Hərəkatının sammitində Venesuela Prezidenti Nikolas Maduronun iştirakı gözlənilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib. Onun sözlərinə görə, bu günədək 60-a yaxın ölkənin dövlət və hökumət başçıları sammitdə iştirakını təsdiq ediblər. Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin