Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində PRİORİTETLƏRİ barədə


Siyasət 22 Okt 2019 13:13:00 280 0

Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində PRİORİTETLƏRİ barədə

Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın prioriteti sülhün və sabitliyin qorunmasına töhfə vermək olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.

O bildirib ki, beynəlxalq hüquq normaları əsasında Azərbaycan bu amilləri prioritet olaraq qəbul edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə qeyd edib ki, prioritetlər arasına, həmçinin təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi və qurumun nüfuzunun artırılması daxildir.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.