Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib (FOTO)


Digərləri 22 Okt 2019 13:21:00 279 0

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib (FOTO)

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bakı. Samir Əli - Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib: - Sarı kəsişmə toru təşkil edilib; - Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib; - Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib. Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin