Mərkəzi Seçki Komissiyasına yeni üzv seçilib


Digərləri 22 Okt 2019 13:03:00 240 0

Mərkəzi Seçki Komissiyasına yeni üzv seçilib

Mərkəzi Seçki Komissiyasına yeni üzv seçilib.

Bakı. Elçin Mehdiyev – Mərkəzi Seçki Komissiyasına (MSK) yeni üzv seçilib. Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyənləşib. Rövzət Afət oğlu Qasımovun Azərbaycan Respublikası Milli Məclisinin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün namizədliyi irəli sürülüb. Layihə səsverməyə çıxarılaraq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin