Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə


Digərləri 22 Okt 2019 13:05:00 224 0

Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

Hələlik Ermənistan tərəfindən Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı müraciət daxil olmayıb

Bakı. Ləman Zeynalova - Hələlik Ermənistan tərəfindən Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı müraciət daxil olmayıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib. O bildirib ki, iştirak onlayn şəkildə həyata keçirilir: “Sammitdə iştirak etmək istəyənlər ərizə verir. Hələlik Ermənistan tərəfindən müraciət daxil olmayıb”. Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin