Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digərləri 22 Okt 2019 12:46:00 271 0

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

22 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilib.

Bakı. 22 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilib. BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunub. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib: Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları Qiymətli kağızın ISIN kodu AZ0106020750 Emissiya həcmi 15 000 000 AZN Nominal dəyəri 100 AZN İstiqrazların tədavül müddəti 1092 gün Faiz ödənişləri (olduqda) 21 aprel 2020-ci il, 20 oktyabr 2020-ci il, 20 aprel 2021-ci il, 19 oktyabr 2021-ci il, 19 aprel 2022-ci il, 18 oktyabr 2022-ci il Faiz gəliri 8.5 % Ödəmə tarixi 18.10.2022 Anderrayter Paşa Kapital İŞ QSC (adsgarden = window.adsgarden || []).push({}); Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin