Bakıda yol qəzasında yaralanan azyaşlı dünyasını dəyişib


Digərləri 22 Okt 2019 12:31:00 248 0

Bakıda yol qəzasında yaralanan azyaşlı dünyasını dəyişib

Bir neçə gün əvvəl Bakıda qəzaya düşən azyaşlı dünyasını dəyişib.

Bakı. Ceyhun Ələkbərov - Bir neçə gün əvvəl Bakıda qəzaya düşən azyaşlı dünyasını dəyişib. Trend-in məlumatına görə, Nərimanov rayonunda ağır qəza keçirən 2009-cu il təvəllüdlü Babayev İlyas Əli oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. O, qəzadan dərhal sonra 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Azyaşlı həkimlərin səyinə baxmayaraq, ötən gün ölüb. Xatırladaq ki, oktyabr ayının 20-dən 21-nə keçən gecə Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində 10 yaşlı Babayev İlyas Əli oğlu xəsarət alıb. O, kəllə-beyin travması ilə reanimasiya şöbəsində müalicə alırdı. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin