Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb


Digərləri 22 Okt 2019 12:25:00 288 0

Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb

Azərbaycanda tikinti sektorunda, xüsusilə də tikinti materiallarının istehsalı sahəsində əhəmiyyətli artım müşahidə olunur

Bakı. Mətanət Nəsibova - Azərbaycanda tikinti sektorunda, xüsusilə də tikinti materiallarının istehsalı sahəsində əhəmiyyətli artım müşahidə olunur. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O bildirib ki, son beş il ərzində ölkədə tikinti materiallarının istehsalı 70 faizdən çox artıb: “Bu, iqtisadiyyatın prioritet sahəsinin yüksək artım dinamikasını təsdiq edən yaxşı göstəricidir. Göstərilən müddət ərzində Azərbaycanın 17 tikinti şirkəti investisiya sənədləri alıb ki, bu da müsbət nəticədir”. (adsgarden = window.adsgarden || []).push({}); N.Səfərov əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrılır və tikinti sektorunun inkişafı üçün dövlət səviyyəsində ciddi səylər göstərilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin