Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır


Digərləri 22 Okt 2019 12:07:00 331 0

Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır

"Sumqayıt sənaye parkının ərazisində yerləşən şüşə zavodunun tikintisi layihəsi başa çatır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, bu layihəyə qoyulan investisiyaların həcmi 82 milyon dollar təşkil edir.

N.Səfərovun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunun təkmilləşməsinə yönəlmiş dövlət siyasəti çərçivəsində son illərdə iqtisadiyyatın bir çox sahələrində, xüsusilə də istehsal sektorunda ciddi irəliləyiş müşahidə olunur.

Nazir müavini əlavə edib ki, müsbət dinamika həmçinin tikinti sahəsində də qeydə alınıb.