Ötən gecə BakıQuba yolunda ağır qəza olub


Digərləri 22 Okt 2019 11:59:00 311 0

Ötən gecə BakıQuba yolunda ağır qəza olub

Gecə saatlarında Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza Xızı rayonu, Yaşma kəndi ərazisində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan 50-CC-997 dövlət qeydiyyat nişanlı "Juquli" markalı avtomobil, eyni istiqamətdə olan yük maşını toqquşub.

"Qazel"in sürücüsü Füzuli sakini Rzayev Elbəy Əhməd oğlunun bildirdiyinə görə, o, normal sürətlə hərəkətdə olarkən minik avtomobili ona arxadan çırpılıb. Toqquşma nəticəsində "Jiquli" yol kənarına düşüb, avtomobildə olan iki kişi və bir qadın müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Avtomobildə olan qadın, Şirvan şəhər sakini 1982-ci il təvəllüdlü Salamova Sənubər Əbdülzar qızı qapalı kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib.