Nərmin Şahmarzadəyə sabah hökm oxunacaq HƏBSİ TƏLƏB EDİLDİ


Digərləri 22 Okt 2019 11:34:00 318 0

Nərmin Şahmarzadəyə sabah hökm oxunacaq  HƏBSİ TƏLƏB EDİLDİ

Xətai rayon Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etdiyi üçün barəsində xüsusi ittiham qaydasında şikayət verilən psixoloq Nərmin Şahmarzadənin məhkəməsində hökmün oxunacağı vaxt müəyyənləşib.

Son.az News24.az-a istinadən bildirir ki, dünən keçirilən məhkəmə iclasında prokuror N.Şahmarzadəyə 3 il müddətində həbs cəzasının verilməsini istəyib. Bundan sonra Nərminin vəkili son söz ilə çıxış etmək üçün məhkəmədən 2 gün vaxt istəyib. Məhkəmə sədrinin qərarı ilə iclasın tarixi 23 oktyabr saat 11:00-a təyin edilib.

Qeyd edək ki, dünən keçirilən məhkəmə iclası zamanı qarşıdurma baş verib və tərəflər bir-birini ittiham edib. Hadisə yerində bir nəfərin halı pisləşib və məhkəməyə təcili tibbi yardım briqadasının çağırılıb.

Xatırladaq ki, Nərmin Şahmarzadəyə qarşı 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də N.Şahmarzadədən məhkəməyə şikayət edib.