Rusiyada qadını öldürüb meyitini gizlədən azərbaycanlı tutuldu


Kriminal 22 Okt 2019 10:49:00 302 0

Rusiyada qadını öldürüb meyitini gizlədən azərbaycanlı tutuldu

Rusiyanın Volqoqrad şəhərində qadını öldürməkdə şübhəli bilinən 32 yaşlı azərbaycanlı saxlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da baş verib.

Qadının meyiti Krasnooktyabrsk rayonunda yerləşən bağ evində aşkarlanıb. 

Məlum olub ki, qadın həmin şəxslə işlə bağlı tanış olub və azərbaycanlı qadının işlədiyi uşaq bağçasına qida məhsulları gətirirmiş. 

Bunun qarşılığında qadın həmin şəxsə pul verməli idi. Tərəflər arasında mübahisə də pul üstündə olub.