İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir (FOTO)


Digərləri 22 Okt 2019 09:34:00 267 0

İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir (FOTO)

İsveçrənin işgüzar dairələrinin nümayəndələri ölkəmizə səfər edib və səfər çərçivəsində onların Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşü baş tutub.

Bakı. İsveçrənin işgüzar dairələrinin nümayəndələri ölkəmizə səfər edib və səfər çərçivəsində onların Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşü baş tutub. Azərbaycanın İsveçrədəki Səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələri qiymətləndirilərək, İsveçrə Konfederasiyası ilə ikitərəfli və çoxtərəfli kontekstdə münasibətlərin gələcək perspektivləri müzakirə olunub. İsveçrə nümayəndə heyəti SOCAR-ın İsveçrədəki fəaliyyətini, eyni zamanda Paşa Bank ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycan ilə maliyyə və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən rabitə, informasiya texnologiyaları, turizm, nəqliyyat və s. istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. Maliyyə və Bank sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri Azərbaycanda Azərbaycanda sığorta sahəsində işgüzar əlaqələrin qurulması imkanları ilə maraqlanıb, xüsusilə qonaqlara Azərbaycan iqtisadiyyatının inkişafı üzrə strateji yol xəritəsində bu sahədəki qarşıya qoyulan məqsədlər və gələcək imkanlar barədə məlumat verilib. (adsgarden = window.adsgarden || []).push({}); İsveçrə iş adamları xüsusilə vurğulayıb ki, Çin ilə “Bir Kəmər Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycandan keçən nəqliyyat və tranzit dəhlizlərindən məhsulların daşınmasında əməkdaşlıq müzakirələri aparılır. Qonaqlara Azərbaycanın iqtisadi imkanları, aparılan islahatlar və qeyri-neft sektorundakı perspektivlər barədə geniş məlumat verilib, çoxsaylı sualları cavablandırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin